ABŞ yeni idarəçiliyindən konstruktiv siqnallar gözləyirik. Bunu Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. "Heç kimin bütün məsələlərlə bağlı razılıq əldə etmək niyyəti yoxdur. Moskva ilə Vaşinqton arasında fikir ayrılıqlarının olması bəllidir. Amma önəmli olan siyasi iradənin varlığı və bütün problemləri dialoq yolu ilə həll etmək istəyidir", - Peskov bildirib. Peskov onu da əlavə edib ki, Trampın hələ ki, Rusiyaya dəvət edilməsi gündəmdə deyil.
Qeyd edək ki, Tramp seçkiöncəsi çıxışlarında Putinə xüsusi rəğbətini daim nümayiş etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB