Avropa Birliyi (AB) Krım və Sevastopoldan Rusiya Dumasına seçilmiş 6 millət vəkilini "qara siyahı"ya salıb. Axar.az xəbər verir ki, qərar Ruslan Balbek, Konstantin Baxarev, Dmitri Belik, Andrey Kozenko, Svetlana Savçenko və Pavel Şperova şamil olunub. Qeyd edək ki, AB-nin qara siyahısında 37 şirkət və 152 nəfərin adı var. Bu sanksiyalar 2014-cü ilin martında Krımın ilhaqından sonra tətbiq olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB