Başikanın böyük bir hissəsi ələ keçirildi
İŞİD-ə ağır zərbə

İraqda peşmərgə qüvvələri Mosulun şimal-şərqində yerləşən Başika qəsəbəsinin böyük bir hissəsini ələ keçirib. Koalisiya qüvvələrinin dəstəyi ilə İŞİD-in nəzarətindəki qəsəbəyə daxil olan silahlılar şəhərin mərkəzinə doğru irəliləyib.

Bildirilir ki, hazırda qəsəbədə 100-ə qədər terrorçu olsa da, intihar hücumları və gizlədilən partlayıcı qurğuların işə düşməsi peşmərgə qüvvələrinin sürətlə irəliləməsinə mane olur.

Bütün xəbərlər Facebook səhifəmizdə