"Azərbaycan ilə İtaliya arasında çox yaxın münasibətlər var"

"Azərbaycan ilə İtaliya arasında çox yaxın münasibətlər var"

"Azərbaycan ilə İtaliya arasında çox yaxın münasibətlər var". Bu fikirləri dünən İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra birgə keçirdikləri mətbuat konfransında deyib.

Nazir Elman Məmmədyarov İtaliyanın neft-kimya sahəsində çoxlu şirkətlərinin nümayəndələrinin ölkəmizə gəldiyini bildirib. O, ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən Paolo Centiloni səfər çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın inkişafına dair səmərəli müzakirələr aparıldığını vurğulayıb. O, TANAP layihəsinin ölkələrimiz arasında yalnız enerji istiqamətində deyil, digər sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə