Türkiyə və ABŞ Rakkada birgə hərəkət planını razılaşdırdılar!

Türkiyə və ABŞ Rakkada birgə hərəkət planını razılaşdırdılar!

Türkiyə və ABŞ Suriyanın Rakka şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə birgə hərəkət planını razılaşdırıblar. Anadolu informasiya agentliyinin yaydığı xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələrinin komitə rəhbəri general Cozef Danford bildirib. General deyib ki, Türkiyə və Birləşmiş Ştatlar başda olmaqla beynəlxalq koalisiya Rakkanın azad olunması, saxlanması və idarəçiliyi üzrə uzunmüddətli planı reallaşdıracaq.

Noyabrın 6-da Ankaraya səfər edən Cozef Danford burada türkiyəli həmkarı Hulusi Akarla danışıqlar aparıb. Danışıqlarda Rakkada mövcud vəziyyət şəhərin azad olunması uğrunda başlayan əməliyyatlar kontekstində müzakirə edilib.

"Demokratik Suriya Qüvvələri"nin hərbi koalisiyası dünən ABŞ Hərbi Hava Qüvvələrinin dəstəyi ilə terrorçuların Suriyada əsas dayaq məntəqəsi olan Rakka şəhərinin İŞİD-dən geri alınması əməliyyatına başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə