ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində 12 ədəd artaraq 569-a çatıb. SİA-nın "Baker Hughes" şirkətinə istinadən məlumata görə, ABŞ-da aktiv neft quyularının sayı 9 ədəd artaraq 450, qaz quyularının sayı 3 ədəd artaraq 117, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 2 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 122 ədəd, qaz quyularının sayı 82, ümumilikdə isə neft-qaz quyularının sayı 202 ədəd azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB