İtaliyada bir gündə 2200 afrikalı miqrantı xilas edildi

İtaliyada bir gündə 2200 afrikalı miqrantı xilas edildi

İtaliyanın sahil mühafizə qüvvələri noyabrın 5-də 2200 afrikalı miqrantı xilas edib. Bu barədə "Reuters" agentliyi xəbər yayıb. Xəbərə görə, xilas olunan miqrantlar 13 rezin sal və qayıqlar vasitəsilə dənizi keçməyə cəhd ediblər. Xilasetmə əməliyyatı zamanı dənizdə boğulmuş 10 miqrantın meyiti aşkarlanıb. Bundan əvvəl Aralıq dənizində rezin qayıqda 25 miqrantın meyiti tapılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə