Kaliforniyada atışma oldu, 8 nəfər yaralandı

Kaliforniyada atışma oldu, 8 nəfər yaralandı

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində gecə klubu yaxınlığında atışma baş verib, 8 nəfər yaralanıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, insident "Vinil" gecə klubunda baş verib. Məlumata görə, yaralananlardan iki nəfər şübhəli şəxs qismində saxlanılıb. Yaralananlardan dördünün qadın olduğu bildirilir. İnsidentin təfərrüatları dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə