ABŞ İŞİD lideri Bağdadiyə aid açıqlama yaydı

ABŞ İŞİD lideri Bağdadiyə aid açıqlama yaydı

İŞİD lideri Əbubəkr Bağdadiyə aid olduğu iddia edilən səs yazısının həqiqliyini müəyyənləşdirə bilmirik. Axar.az xəbər verir ki, bunu ABŞ ordusunun Bağdaddakı sözçüsü polkovnik Con Dorrian deyib. Amerikalı hərbçi koalisiya qüvvələrinin Bağdadinin yerini dəqiq bilmədiyini də vurğulayıb. Qeyd edək ki, "Röyter" agentliyinin yaydığı məlumata görə, 31 dəqiqəlik audioyazıda Bağdadi Mosul əməliyyatlarının uğursuz olacağından əmin olduğunu söyləmiş və İŞİD üzvlərinə "Türkiyəni işğal edin" çağırışı etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə