Moldovada Prezident seçkilərinin ikinci turu noyabrın 13-də keçiriləcək.
Oktyabrın 30-da Moldovada prezident seçkilərinin birinci turu zamanı bu ölkədə və xaricdə açılmış bütün seçki məntəqələrində səslərin 100 faizi hesablandıqdan sonra son məlumatlar Mərkəzi Seçki Komissiyasına daxil olub.
Moldova mətbuatının yazdığına görə, Moldovada və xaricdə açılmış 2081 seçki məntəqəsindən məlumat alınıb. Sosialistlər Partiyasının lideri İqor Dodon seçicilərin 47,98 faizinin səsini (680.550 səs) toplayaraq ikinci tura keçib. Burada onun rəqibi olacaq "Fəaliyyət və həmrəylik" partiyasının sədri Mayya Sandu seçicilərin 38,71 faizinin səsini (549.152 səs) toplayıb.
Moldova dövlət başçısı seçkilərinin ikinci turu noyabrın 13-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB