ŞOK: Co Baydenin avtomobil karvanı qəzaya uğradı!

ŞOK: Co Baydenin avtomobil karvanı qəzaya uğradı!

ABŞ-ın vitse-prezidenti Co Baydenin avtomobil karvanı qəzaya düşüb. Bu barədə "ABC News" telekanalı məlumat verib. İnsident yerli vaxtla saat 08:30-da Uilminqton şəhərində (Delaver ştatı) qeydə alınıb. Kortejdə olan nəqliyyat vasitələrindən biri idarəetməni itirərək 3 avtomobilə çırpılıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Onun xəstəxanaya yerləşdirildiyi və həyatına təhlükə olmadığı bildirilir. Qəza zamanı vitse-prezident Co Baydenə zərər dəyməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə