İsrail hərbçiləri onlara odlu silahla hücum edən fələstinlini öldürüblər. Bu barədə xəbəri İsrail Müdafiə ordusunun mətbuat xidməti yayıb. İnsident İordan çayının qərb sahilində, nəzarət-buraxılış məntəqəsində qeydə alınıb. Adı açıqlanmayan fələstinli hərbçilərə "Kalaşnikov" avtomatından atəş açıb. Nəticədə 3 əsgər yaralanıb, fələstinli cavab atəşi ilə öldürülüb. Yaralı hərbçilər xəstəxanaya göndərilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.
Ötən gün İordan çayının qərb sahilində avtomobillə 3 İsrail hərbçisini qəsdən vuraraq yaralayan fələstinli öldürülmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB