ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus raketdən müdafiə sistemləri ilə təchiz olunan "Karni" esminesi Qara dəniz akvatoriyasından çıxıb. Məlumata görə, gəmi 21 gün əvəzinə cəmi 6 gün Qara dənizdə qalıb. Məlumata görə, "Karni" gəmisi Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Admiral Kuznetsov" təyyarədaşıyan kreyserinin Aralıq dənizinə daxil olmasından sonra geri qayıtmalı olub. Ballistik raketlərin aşkar edilməsi və zərərsizləşdirilməsi məqsədilə Qara dənizə daxil olan gəmi Rumıniyanın Konstansa limanına lövbər salmışdı. Qeyd edək ki, bir neçə gün öncə də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus komanda-qərargah gəmisi Qara dənizi vaxtından əvvəl tərk etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB