Ərdoğan: Sincar və Telafer bizim üçün həssas məsələdir

Ərdoğan: Sincar və Telafer bizim üçün həssas məsələdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident iqamətgahında keçirilən rəsmi qəbulda jurnalistlərin suallarını cavablandırıb. Axar.az xəbər verir ki, Ərdoğan şiə milislərinin Suriyanın Telafer bölgəsinə doğru irəliləməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. "Şiə milislərinin Telaferə doğru addımlaması həqiqətə uyğun deyil. Sincar və Telafer bizim üçün həssas məsələdir. Konstitusiya dəyişikliyi ilə bağlı siyasi partiyaların bu barədə müzakirə aparması düzgün addımdır. Hökumət xalqa yaxın olarsa, millətim vacib olanı edəcək", - Ərdoğan qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə