Sutka ərzində 84 terrorçu öldürülüb

Sutka ərzində 84 terrorçu öldürülüb

Əfqanıstanın bir neçə vilayətində sutka ərzində təhlükəsizlik qüvvələri tərəfindən 84 terrorçu məhv edilib. RİA Novosti agentliyi xəbər verir ki, öldürülən terrorçulardan 27-si İŞİD terror qruplaşmasının üzvü olub. Onların Pakistanla sərhəddə yerləşən Nanqarhar vilayətində zərərsizləşdirildiyi bildirilir.

Xatırladaq ki, yerli KİV-lər İŞİD terrorçularının bir neçə gün əvvəl Əfqanıstanın Qor vilayətinə hücum etməsi barədə məlumat yaymışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə