Çikaqo hava limanında təyyarə yanıb

Çikaqo hava limanında təyyarə yanıb

ABŞ-ın Çikaqo şəhərinin hava limanında "American Airlines" şirkətinə məxsus təyyarədə yanğın olub. Bu barədə NBC telekanalı xəbər yayıb. Telekanalın xəbərində deyilir ki, Mayami şəhərinə uçan təyyarənin göyərtəsində 161 sərnişin və 10 ekipaj üzvü olub. İnsident nəticəsində zərərçəkən olmayıb. Sərnişinlər operativ şəkildə təxliyə edilib. İlkin versiyaya əsasən, yanğın texniki nasazlıq səbəbindən baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə