ŞOK: Suriyada Rusiya səfirliyini minaatanlardan atəşə tutdular!

ŞOK: Suriyada Rusiya səfirliyini minaatanlardan atəşə tutdular!

Dəməşqdə Rusiya səfirliyi minaatanlardan atəşə tutulub. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb. Məlumata əsasən, insident bu gün, Moskva vaxtı ilə saat 15:00 radələrində qeydə alınıb. Hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb. Bildirilir ki, atəş ekstremistlərin nəzarəti altında olan Cobar rayonu tərəfindən açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə