Kolumbiyada torpaq sürüşməsi oldu, 7 nəfər öldü

Kolumbiyada torpaq sürüşməsi oldu, 7 nəfər öldü

Kolumbiyada baş verən torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər itkin düşüb. RİA Novosti agentliyinin verdiyi xəbərə görə, hadisə Boqota-Medelyin yolunda yerləşən Kopakabana bələdiyyəsində qeydə alınıb. Hadisə yerinə 100-dək xilasedici cəlb edilib. Torpaq sürüşməsinə aramsız yağan yağışların səbəb olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə