Amerika Mosulda İŞİD-çilərə 5 aviazərbə endirib

Amerika Mosulda İŞİD-çilərə  5 aviazərbə endirib

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Mosul şəhəri yaxınlığında 5 aviazərbə endirib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) məlumat yayıb. Hava hücumları zamanı İŞİD-çilərə aid 22 artilleriya qurğusu, 8 tunel, 9 avtomobil və xeyli silah-sursat məhv edilib. Bundan əlavə, İraqın Rutba və Sincar vilayətlərində də əməliyyatların keçirildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə