Mərakeşdə ağır yol qəzası: 8 nəfər ölüb, 20 nəfər xəsarət alıb

Mərakeşdə ağır yol qəzası: 8 nəfər ölüb, 20 nəfər xəsarət alıb

Mərakeşdə ağır yol qəzası baş verib. APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kasablanka şəhəri yaxınlığında qeydə alınıb.

Bərrəşid şəhərinə yollanan nəqliyyat vasitəsinin aşması nəticəsində azı 8 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir. Mərakeş nəqliyyat nazirliyinin hesablamalarına görə, bu il müxtəlif yol-nəqliyyat hadisələri nəticəsində 4 minədək insan həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə