Litvada keçirilən parlament seçkilərində “Kəndlilər və Yaşıllar İttifaqı” liderlik edir
Litvada keçirilən parlament seçkilərinin ikinci turunun nəticələrinə görə "Kəndlilər və Yaşıllar İttifaqı" liderlik edir. Bu barədə Litva Baş Seçki Komissiyasının yaydığı məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, hazırda 1850 seçki məntəqəsi üzrə bülletenlər hesablanıb. İki turun nəticələrinə görə, birinci yerdə "Kəndlilər və Yaşıllar İttifaqı (56 mandat), ikinci - Litva Xristian Demokratlarının Vətən İttifaqı Partiyası (31 mandat), üçüncü yerdə isə Sosial Demokrat partiyası qərarlaşıb (17 mandat). Seçkilərin ikinci turunda 68 yer uğrunda mübarizə aparılır. Litva Seymi 141 deputatdan ibarətdir. Onlardan 71-i birmandatlı dairələrdə birbaşa, 70-i isə çoxmandatlı dairələrdə partiya siyahıları üzrə seçilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB