Son iki gündə 190 yeraltı təkan qeydə alınıb

Son iki gündə 190 yeraltı təkan qeydə alınıb

Yaponiyanın Tottori prefekturasında son iki gün ərzində 190 yeraltı təkan qeydə alınıb. Bu barədə Yaponiyanın Baş Meteoroloji İdarəsi məlumat yayıb. Meteoroloqlar yeraltı təkanların bir həftə ərzində davam edəcəyini bildiriblər.

Xatırladaq ki, oktyabrın 21-də Tottoridə 6,6 bal gücündə zəlzələ baş verib. Yaponiyanın 31 prefekturasında hiss olunan zəlzələ nəticəsində 320 ev dağılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə