14 aylıq körpəsi ilə marketə gedən qadın inanılmaz hadisə yaşayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-da körpəsi ilə alış-veriş mərkəzinə gələn ana uşaq oğrusunun hədəfinə tuş gəlib. Qadın mağazada ərzaqlara baxarkən oğru yaxınlaşaraq uşağı səbətdən götürüb və qaçmağa çalışıb. Uşağın ayağı səbətə dolaşdığı üçün ana oğrunun uşağı qaçırmağa çalışdığının fərqinə varıb.
Körpəsini oğrudan xilas edən ana özünü itirdiyindən, şübhəli marketdən uzaqlaşmağı bacarıb.
Qeyd edək ki, baş verən hadisə anbaan mağazanın kameralarına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB