İraqın işğalına "fətva" verən ingilis nazirdən ŞOK açıqlama

İraqın işğalına "fətva" verən ingilis nazirdən ŞOK açıqlama

"Mən İraqın işğalına görə məsuliyyət daşıyıram." Bunu "Skay Nyus" telekanalına müsahibəsində Böyük Britaniyanın keçmiş Xarici İşlər naziri Cek Stro söyləyib. "Məhz mən o zaman Nümayəndələr Palatasına İraqa hücumla bağlı qərar verməyi məsləhət görən əsas şəxslərdən biri olmuşam. 2003-cü ildə mənim müdafiə etdiyim fikir dəqiq informasiyaya əsaslanırdı", - deyə o bildirib.

Qeyd edək ki, Cek Stro 2001-2006-cı illərdə Böyük Britaniyanın xarici işlər naziri olub. Böyük Britaniya və ABŞ orduları İraqa 2003-cü ildə müdaxilə edib. Nəticədə İraq Prezidenti Səddam Hüseyn devrilərək edam olunub. O zaman İraqa hücuma əsas səbəb kimi Səddam Hüseynin beynəlxalq terrorizmə dəstək verməsi və kimyəvi silahlara sahib olması göstərilsə də, sonradan bu iddiaların heç birinin doğru olmadığı ortaya çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə