Həlak olanlar var
Vyetnamda helikopter qəzası

Vyetnamın cənubunda təlim helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub. İnsident Baria-Vunqtau əyalətinin Din dağı rayonunda, Xoşemin şəhərindən 90 kilometr cənub-şərqdə baş verib. Hadisə zamanı helikopterdə olan iki pilot və təlimçi həyatını itirib.

Hadisənin baş verdiyi ərazidə aparılan axtarış-xilasetmə əməliyyatlarına təxminən 400 nəfər cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə