Pakistanda partlayış oldu: 3 nəfər öldü, onlarla insan yaralandı

Pakistanda partlayış oldu: 3 nəfər öldü, onlarla insan yaralandı

Pakistanda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kəraçi şəhərində, məscidin qarşısında baş verib. İlkin məlumata əsasən, naməlum şəxs məsciddən çıxan zəvvarlara tərəf qumbara atıb. Ölənlərdən 1-in qadın, 2-nin isə uşaq olduğu bildirilir.

Hazırda heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə