Mosulda hərbi əməliyyat 100 min iraqlının Türkiyə və Suriya ərazisinə keçməsinə səbəb ola bilər."Anadolu" agentliyinin verdiyi xəbərə görə, bunu BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı Filippo Qrandi bəyan edib. "Mosulun azad edilməsinə yönələn əməliyyat zamanı mülki əhalinin müdafiəsi hərbi strategiyanın mühüm hissəsi olmalıdır", deyə F.Qrandi bildirib. Bundan əlavə F.Qrandi əhalinin ərzaq böhranı ilə üzləşə biləcəyi ilə bağlı narahatlıq ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB