İsveçrənin Şaffhauzen şəhərində böyük miqyaslı yol qəzası baş verib. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub on bir nəfər yaralanıb. Polis əməkdaşının məlumatına görə, Fezenştaub tunelində dörd avtomobil, bir avtobus və bir turist qoşqusu toqquşub. Hadisə yerinə bir neçə təcili tibbi yardım maşını gəlib, eləcə də helikopterdən istifadə edilir.Hazırda yolun bu hissəsində hərəkət dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB