Uşaq narkoman doğuldu FOTO

Konyada yaşayan 19 yaşlı qadın hamiləlik zamanı heroindən istifadə etdiyi üçün dünyaya gətirdiyi körpəsinin də qanında narkotik aşkarlanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, tez-tez ağlayan və şok keçirən körpənin müayinəsi zamanı ananın hamiləlikdə narkotikdən davamlı istifadə etdiyi üçün körpədə heroinə bağlılıq yarandığı deyilir. Ana və körpə, təcili yardımla Konya Selçuk Universiteti tibb fakültəsi xəstəxanasına yerləşdirilib.

Həkim bildirib ki, uşağın ümumi sağlamlığı normal olsa da, lakin narkotik səbəbindən inkişafında problem yaşaya biləcəyi də istisna deyil. Həkim ifadə edib ki, körpəyə narkotik aludəçisi demək olmaz, lakin anadan keçən heroinin nəticəsində uşaqda tez-tez titrəmələr və şoka düşmələr olduğu üçün 3 ayına qədər ciddi müalicə almağı vacibdir. Körpənin böyüdükcə nevroloji və psixoloji problemlərinin yaranması da mümkündür.

Qeyd edək ki, həkimlər körpənin sağlam böyüməsi üçün anadan alınıb dövlət sığınacaqlarına verilməsini məsləhət görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə