ABŞ-da “Metyu” qasırğasının qurbanları 38-yə çatıb

ABŞ-da “Metyu” qasırğasının qurbanları 38-yə çatıb

ABŞ-da "Metyu" qasırğası nəticəsində ölənlərin sayı 38-yə çatıb. Bu barədə NBC telekanalı xəbər verib. Bundan əvvəl 33 nəfərin öldüyü, 3 nəfərin itkin düşdüyü bildirilirdi. Yeni ölüm halları təbii fəlakətdən ən çox əziyyət çəkən Şimali Karolina ştatında qeydə alınıb. Burada oktyabrın 7-dən etibarən 19 nəfər həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə