Somalinin paytaxtı Moqadişoda terrorçu-kamikadzenin hücumu nəticəsində general Robl Cimal Qobanl və onun 5 cangüdəni həlak olub. Associated Press agentliyi xəbər verir ki, terrorçu bomba yüklənmiş avtomobili generalın Müdafiə Nazirliyinin Moqadişoda yerləşən binası qarşısındakı maşınının yaxınlığında partladıb.
Hücumun qurbanı olan generalın ölkədə fəaliyyət göstərən "Aş-Şabab" terror qruplaşması ilə mübarizə aparan Somali ordusunun üçüncü korpusunun komandiri olduğu bildirilir.
Terror aktına görə məsuliyyəti "Aş-Şabab" qruplaşması üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB