Təcavüz edərkən polislər tərəfindən həbs olundu

Təcavüz edərkən polislər tərəfindən həbs olundu

Türkiyənin Halay şəhərində 19 yaşlı gənc 12 yaşlı qız uşağına təcavüz etməyə çalışıb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, iddia edilir ki, elektrik təmiri ilə məşğul olan atasının yanında köməkçi işləyən 19 yaşlı orta məktəb şagirdi, 12 yaşlı qızı ötən gün səhər saatlarında nömrəsi bəlli olmayan mikroavtobusa güclə mindirərək döyməyə, sonra ülgüclə yaralamağa başlayıb.

Cinayətkar mikroavtobusda qızı döyərək zorlamaq istəyərkən yoldan keçən bir şəxs, polisə zəng vuraraq hadisə haqqında məlumat verib. Şikayət üzrə hərəkətə keçən polislər orta məktəb şagirdini cinayət üstündə tutub. Polis tərəfindən ifadəsi alınan 19 yaşlı oğlan həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə