Suriyanın Hələb şəhərinə hücum təşkil olunub

Suriyanın Hələb şəhərinə hücum təşkil olunub

Rus ordusuna aid qırıcı təyyarələr Suriyanın Hələb şəhərində müxaliflərin əlində olan Bustan əl-Kəsr bölgəsində yaşayış məntəqəsini bombalayıb.

SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bombardman nəticəsində aralarında uşaqların da olduğu 8 nəfərin öldüyü, 20 nəfərin isə ağır yaralandığı bildirilib. Yaralılar bölgədəki xəstəxanalara yerləşdirilib. Hədəf alınan bölgəyə böyük ziyan dəydiyini bildirən səlahiyyətlilər, şəhərin fərqli bölgələrinin də bombalandığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə