Misirin Asyut şəhəri yaxınlığında məişət qazının partlaması nəticəsində 40 ev yanıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 17 nəfər yanıq xəsarətləri alıb, ölən yoxdur. İlkin məlumata əsasən, yanğına qaz balonunun partlaması səbəb olub. Yanğın sürətlə bir-birinə bitişik evlərə yayılmağa başlayıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovu bir neçə saat ərzində ram edə bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB