Dağıstanın сənubunda, Süleyman-Stal rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib. RİA Novosti agentliyinin xəbərinə görə, bu barədə Milli antiterror Komitəsinin qərargahının nümayəndəsi bildirib. Onun sözlərinə görə, hazırda silahlıların zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır: "Süleyman-Stal rayonunda antiterror əməliyyatı rejimi Moskva vaxtı ilə saat 21:45-dən etibarən tətbiq edilib. Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir". Digər təfərrüatlar barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB