Türkiyə baş naziri Binəli Yıldırım AKP-nin İstanbuldakı toplantısında bir sıra açıqlamalarla çıxış edib. O bildirib ki, "Başikadakı hərbi qüvvələrimizə qarşı hər zaman İŞİD hücumları olur, cavab da verilir. Bu yeni bir şey deyil."
Yıldırım ABŞ-ın İraq hökumətilə birlikdə Mosulun İŞİD-dən təmizlənməsi istiqamətində ortaya atılıan yeni plandan danışıb: "Bu planla bağlı işlər davam etdirilir. Biz onlara deyirik ki, bu fəaliyyəti dəstəkləyirik, amma nə edirsiniz edin, işğaldan əvvəlki Mosul xalqına toxunmayın. Mosul mosullularındır. Başqa yerdən gətirililən mülki əhali sayəsində şəhərin demoqrafik vəziyyəti pozulmasın, yeni vətəndaç müharibəsinin qapısı açılmasın", - baş nazir bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB