Litva xalqı yeni Seymini seçir

Bu gün Litvada seçki keçirilir. SIA-nın xəbərinə görə, ölkə əhalisi yeni Seymi seçəcək. Bu, Litvanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Seymə keçirilən səkkizinci seçkidir. Ölkədə 2 milyon 504 min seçici qeydiyyata alınıb. Seymin mandatı uğrunda birmandatlı və çoxmandatlı seçki dairələri üzrə 1416 namizəd mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə