Norveçlilər Rusiya ilə sərhəddə yeni hasarın inşa edilməsini istəmirlər. SİA BBC-yə istinadən xəbər verir ki, sadə norveçlilər hasarın tikintisinin əleyhinə olduqlarını və Rusiya ilə əvvəlki münasibətlərin davam etməsini istədiklərini bildiriblər.
Məlumata görə, Rusiya ilə 10 km məsafədə yerləşən Kirkenes şəhərinin bütün sakinləri belə düşünür: "Bu o deməkdir ki, kimsə sənin arxa qapında iki metrlik hasar inşa edir. Təəccüblənərsiniz ki, niyə qonşunuz belə edir. Norveçlilərin çoxu ucuz içki və benzinə görə Rusiyaya gedir, həmçinin ruslar bəzi istehlak malları üçün Norveçə gəlirlər",- deyə sakinlər əlavə edib.
Xatırladaq ki, Norveç sərhəddə nəzarəti artırmaq, miqrant axınının qarşısını almaq üçün Rusiya ilə 4 metr hündürlüyü olan 200 metr uzunluğunda hasar tikməyə başladı, lakin bununla da miqrantların qarşısını ala bilmədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB