Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili parlament seçkilərindən sonra Gürcüstana qayıtmaqla bağlı fikrini dəyişib. SİA-nın məlumatına görə, bu barədə "112 Ukraina" telekanalı məlumat yayıb.
Saakaşvili bildirib ki, Ukrayna ilə bağlı böyük planları var və bura boş yerə gəlməyib. Eks prezident əlavə edib ki, seçkilərdən sonra öz hesabına məzuniyyət götürüb Gürcüstana gələcək, amma birdəfəlik qayıtmaq fikri yoxdur.
Qeyd edək ki, daha əvvəl Saakaşvili bildirmişdi ki, "Vahid Milli Hərəkat" partiyasının qələbəsindən sonra Gürcüstana qayıdacaq. Öz növbəsində sabiq baş nazir Bidzina İvanişvili Saakaşvilinin Gürcüstana qayıdacağı təqirdə həbs olunacağını demişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB