Ağ Evdən etiraf: “Rusiyaya qarşı sanksiyalar hələ ki nəticə verməyib"

Ağ Evdən etiraf: “Rusiyaya qarşı sanksiyalar hələ ki nəticə verməyib"

ABŞ prezidentinin mətbuat katibi Coş Ernest açıq şəkildə bildirib ki, Ukrayna ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyalar hələ ki istənilən nəticəni verməyib. "RİA Novosti"nin xəbərinə görə, Ağ Ev-in rəsmi təmsilçisi qeyd edib ki, onun ölkəsi Rusiyanın davranışında gözlənilən dəyişikliyi görmür: "Sanksiyalar hələ ki nəticə verməyib. Biz Rusiyanın davranışında gözlədiyimiz dəyişikliyi görmürük. Lakin biz sanksiyaların Rusiya iqtisadiyyatına təsirini müşahidə edirik", - deyə o bildirib. Qeyd edək ki, ABŞ və Aİ Ukraynadakı vəziyyətlə əlaqədar 2014-cü ilin iyulundan başlayaraq Rusiyaya qarşı kompleks sanksiyalar tətbiq etməyə başlayıb. Rusiya, öz növbəsində, sanksiyalara qoşulan dövlətlərdən ölkəyə malların idxalına qadağa qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə