Əfqanıstanda iki partlayış törədildi: 10 uşaq yaralandı

Əfqanıstanda iki partlayış törədildi: 10 uşaq yaralandı

Əfqanıstanda törədilən iki partlayış nəticəsində 10 uşaq yaralanıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, məktəb yaxınlığında törədilən partlayış zamanı 8 məktəbli yaralanıb, onlardan 7-si qızlardır. Daha 2 uşaq mağazada partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralanıb. Hər iki hadisə Nanqarxar əyalətinin inzibatı mərkəzi Cəlilabadda qeydə alınıb. Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə