İŞİD 8 liviyalı əsgəri öldürdü

İŞİD 8 liviyalı əsgəri öldürdü

Liviyanın Sirt şəhərində İŞİD terror qruplaşmasının silahlıları ilə döyüşlərdə 8 liviyalı əsgər həlak olub. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, daha 23 hərbçi yaralanıb. Döyüşlərdə azı 10 silahlının məhv edildiyi bildirilir. Silahlılara qarşı əməliyyat mayın 12-də əvvəlində başlayıb. Məlumata görə, şəhərin əksər əraziləri terrorçulardan təmizlənib. Şəhər uğrunda gedən döyüşlərdə 400 nəfər ölüb, 2 500 nəfər yaralanıb. Qeyd edək ki, avqustun 1-dən ABŞ hərbi aviasiyası İŞİD-in Sirtdəki mövqelərinə hava zərbələri endirir.

Bütün xəbərlər Facebook səhifəmizdə