Sentyabr ayında Türkiyədə PKK-ya qarşı həyata keçirilən əməliyyatlarda 1101 terrorçu zərərsizləşdirilib. Anadolu informasiya agentliyi xəbər verir ki, əməliyyatların gedişində 1063 terrorçu öldürülüb, 10-u təslim olub, 28-i yaxalanıb. Həmin müddətdə terror hücumları nəticəsində 28-i kənd mühafizəçisi, 49-u hərbçi və 2-si polis olmaqla, 79 təhlükəsizlik əməkdaşı həyatını itirib. Eyni zamanda, 8 dinc vətəndaş da terrorun qurbanı olub. Son bir ayda Tunceli, Diyarbakır, Bingöl, Şemdinli və Hakkaridə terrorçuların avtomobil yollarına yerləşdirdikləri 13 partlayıcı aşkarlanaraq zərərsizləşdirilib, bir neçə terror aktının qarşısı alınıb. Türkiyə Silahlı Qüvvələrinin və təhlükəsizlik xidmətlərinin terrorçulara qarşı hava və yerüstü əməliyyatları davam etdirdikləri bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB