Türkiyənin Hakkari vilayətində ağır yol qəzası baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Vandan Yüksekovaya gedən sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə mikoravtobusdakı 4 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Yaralılar Yüksekova Xəstəxanasına yerləşdiriliblər. Onlardan üçünün vəziyyəti ağırdır.
Vəziyyəti ağır olanlar Hakkari Dövlət Xəstəxanasına aparılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB