Türkiyə Silahlı Qüvvələrinin "Fərat qalxanı" ilə bağlı açıqlaması yayılıb. Xəbərdə deyilir ki, İŞİD hədəflərinə "Fırtına" topları və "Qrad" raketləri vasitəsilə 238 atış həyata keçirilib. Müxaliflərin də iştirak etdiyi əməliyyatlar zamanı Rai bölgəsindəki Tall Ar, Ziyadiyah və Guru məhəllələrinə nəzarət ələ keçirilib və bir terrorçu öldürülüb. Sözügedən ərazilərdə İŞİD-lə atışmaların davam etdiyi bildirilib. Bundan əlavə, Əyyubiyah ərazisini isə İŞİD-in ələ keçirdiyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB