Türkiyənin yeni havalimanı layihəsi dünyanın ən nəhəng havalimanları siyahısına daxil olub. SİA-nın "Akşam" qəzetinə istinadən verdiyi məlumata görə, National Geographic və Discovery Channel bu havalimanı haqqında sənədli film çəkməyə qərar veriblər, hətta məsələ ilə bağlı havalimanının ərazisində də olublar.
76,5 milyon kvadratmetr ərazidə qurulacaq yeni havalimanının ildə 200 milyon sərnişinə xidmət göstərəcəyi bildirilib. Bu isə öz növbəsində, İstanbulu dünyanın yeni transport mərkəzlərindən birinə çevirəcəkdir. İlkin olaraq layihənin başlanması üçün 6 milyard avro maliyyə ayrılıb.
Nəzərinizə çatdıraq ki, "Ferrari " şirkətlər qrupunun dizayneri Pininfarin tərəfindən hazırlanan layihə 370 layihə arasından seçilib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB