Özbəkistan bundan sonra da öz xarici siyasətini dəyişməyəcək və heç bir hərbi-siyasi bloka qoşulmayacaq. Axar.az xəbər verir ki, bunu BMT Baş Assambleyasında çıxışı zamanı Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov söyləyib. Onun sözlərinə görə, rəsmi Daşkənd bundan sonra da heç bir ölkənin hərbi bazasının öz ərazisində yerləşdirilməsinə izn verməyəcək. O, ölkəsinin mərhum prezident İslam Kərimov dövründə imzalanan bütün müqavilələrə sadiq qalacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB