Şimali Koreyada ümumilikdə 28 sayt fəaliyyət göstərir. Bu barədə beynəlxalq KİV-lərdə fəal müzakirələr aparılır. Belə ki, bundan öncə KİV-lər KXDR-in nüvə proqramı və bu ölkənin lideri Kim Çen Inın sağlıq durumu ilə bağlı müzakirələr aparırdılar. SİA-nın məlumatına görə, "Rossiya-24" telekanalı bu barədə qeyd edir və bildirilir ki, Şimali Koreyada internet məkanı elə də böyük deyil. Ancaq buna baxmayaraq, rəhbərlik bu yaxınlarda yüksək səviyyəli server quraşdırıblar. Domen siyahılarının hər birinin sonu isə "kr"-deyə müəyyənləşdirilib. Onların içində aviabiletlərin satışı ilə məşğul olan servislər, xəbər agentlikləri, milli mətbəxdən bəhs edən sayt və sığorta şirkəti var.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB