Misirdə miqrantları daşıyan qayıq batdı, 38 nəfər öldü

Misirdə miqrantları daşıyan qayıq batdı, 38 nəfər öldü

Misirdə miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 38-ə çatıb.TASS agentliyinin verdiyi xəbərə görə, Misir sahillərində batan gəminin göyərtəsində ümumilikdə 600 miqrantın olduğu bildirilir. Agentliyin məlumatında deyilir ki, Misir hərbçiləri 154 nəfəri sudan çıxararaq xilas ediblər. İtkin düşənlərin axtarışı davam edir. Qayıq Aralıq dənizi sahillərində, Rəşid şəhəri yaxınlığında batıb. Onun göyərtəsində qadın və uşaqlar daxil olmaqla Sudan, Suriya, Somali və Eritreya vətəndaşları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə