“Nyu York Tayms” açıqladı: Obamadan ŞOK Türkiyə qərarı!

“Nyu York Tayms” açıqladı: Obamadan ŞOK Türkiyə qərarı!

ABŞ Prezidenti Barak Obama Milli Təhlükəsizlik Şurasına İŞİD-ə qarşı mübarizənin sürətləndirilməsi və PYD-nin daha çox silahla təmin edilməsi üçün təlimat verib. Axar.az xəbər verir ki, bu iddianı "Nyu York Tayms" qəzeti irəli sürüb. Məqalədə prezidentlik dönəmi başa çatmadan Rakkanın İŞİD-dən alınmasını istəyən Obamanın bu addımının Türkiyə-ABŞ münasibətlərinə ciddi xələl gətirəcəyi vurğulanıb: "Türkiyə ilə münasibətlərdə tarazlığın qorurmasına çalışılsa da, belə qərarın verilməsi kritik dövrün başlanacağını göstərir". Qeyd edək ki, ABŞ-ın hərbi dairələri məsələnin hələ ki, ali səviyyədə müzakirə edilmədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə